BŞTİ müdiri sertifikatlaşdırmada iştirak edən müəllimlərlə görüşdü - Foto

bsti-mudiri-sertifikatlasdirmada-istirak-eden-muellimlerle-gorusdu
Oxunma sayı: 3040

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova sertifikatlaşdırma prosesindən öncə təhsilverənlərlə görüşüb, onlara tövsiyələrini verib və uğurlar arzulayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, iyunun 21-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 2379 riyaziyyat müəllimi dəvət edilib.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizəd topladığı balı kompüterin ekranında görür.

Test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaq.