BŞTİ rəhbərliyi liseyin köçürülməsi ilə bağlı valideynlərlə görüşdü - Foto

bsti-rehberliyi-liseyin-kocurulmesi-ile-bagli-valideynlerle-gorusdu
Oxunma sayı: 2286

Ötən gün147 nömrəli Texniki Humanitar Liseydə təhsil alan şagirdlərin valideynlərinin bir qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyinin görüşü keçirilib. 

Bu barədə “Qafqazinfo”ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, 147 nömrəli Texniki Humanitar Liseyin yenilənməsi, təhsilalanların tədris şəraitinin daha da yaxşılaşdırılması məsələləri müzakirə olunub. Lisey kontingentinin yaxınlıqdakı ən uyğun yer imkanlarına malik təhsil müəssisələrinin birində (56 nömrəli tam orta məktəbdə) müvəqqəti yerləşdirilməsi nəzərdə tutulur. Müvəqqəti köçürülmə zamanı müəllim və valideynlərin ümumi rəyi nəzərə alınacaq, şagirdlərin normal tədris şəraitinin təmin olunması əsas amil kimi diqqət mərkəzində saxlanılacaq. Bu baxımdan hər hansı narahatlığa ehtiyac yoxdur.