“Sübut edəcəyəm ki, onu yazanlar vətən xainidir, yoxsa mən?” - Açıqlama

subut-edeceyem-ki-onu-yazanlar-veten-xainidir-yoxsa-men-aciqlama
Oxunma sayı: 676

“Qafqazinfo”ya açıqlama verən keçmiş icra başçısı bildirib ki, belə məlumatların və siyahının yayılması ona qarşı təxribatdır. S. Əkbərov SSRİ-nin saxlanılıb-saxlanılmaması ilə bağlı Ali Sovetdə keçirilən səsvermə zamanı deputat olmadığını bildirir: “Məndə bunu sübut edəcək sənədlər var. Mən 1991-ci ilin dekabrında deputat seçilmişəm, deputat kimi səlahiyyətlərim isə Azərbaycan Respublikası Ali Soveti 06 mart 1992-ci il tarixli, nömrə 327-12 saylı qərarı ilə təsdiq olunub. SSRİ-nin saxlanılıb-saxalınmaması ilə bağlı səsvermə isə 1991-ci ilin martın 2-də Azərbaycan Ali Sovetinin iclasında olub. Necə ola bilər ki, mən deputat seçilməmiş, səlahiyyətim təsdiq olunmamış Azərbaycanın müstəqilliyinin əleyhinə səs verə bilərəm? Bu, yalan məlumatdır”.

S. Əkbərov deyib ki, Ali Sovetdəki səsvermə zamanı o, Kəlbəcərdə icra başçısı işləyirdi: “Heç Bakıda iclasda da iştirak etməmişəm. Yazırlar ki, vətən xaini və s. Onu yazan özü vətən xainidir. Mən onu sübut edəcəyəm ki, onu yazanlar vətən xainidir, yoxsa mən? Mən niyə vətən xaini olmalıyam? Vətənimin uğrunda mənə qarşı dəfələrlə sui-qəsdlər olub. Respublika Prokurorluğunun sənədini də verə bilərəm ki, mənə neçə dəfə sui-qəsd olub, həm Xalq Cəbhəsi tərəfindən, ermənilər tərəfindən mənə təzyiqlər olurdu. Mən imkan vermirdim ki, onlar Kəlbəcərə təsir etsinlər, başqa hərəkətlər etsinlər. Buna görə mənə neçə dəfə sui-qəsdlər olub. Digər tərəfdən isə qeyd olunur ki, guya mən indi də Kəlbəcərin icra başçısıyam. Mən 2006-cı ilin sentyabrından işdən çıxmışam”.