Sumqayıtda bankomata “hücum” oldu

sumqayitda-bankomata-hucum-oldu
Oxunma sayı: 645

Şəhər Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, naməlum şəxs Mədəniyyət evinin içərisində yerləşdirilmiş iki bankomatdan oğurluğa cəhd edib. Lakin bankomatı sındıra bilməyən şəxs oranı əliboş tərk edib.

Polis qısa zamanda bankomata “girən” şəxsi tutub. Məlum olub ki, həmin şəxs 23 yaşlı Corat qəsəbə sakini Rəşad Dadaşovdur. O, ifadəsində deyib ki, Coratda məclisdə yeyib-içib. Sərxoş vəziyyətdə evə gələrkən Mədəniyyət evinin içərisindəki bankomatlara gözü sataşıb. Şüşəni sındıraraq içəri girib. Çox çalışsa da, bankomatı aça bilməyib.

Faktla bağlı cinayət işi başlanıb.