“Suriyayla Azərbaycanın vəziyyəti daha yaxındır”

suriyayla-azerbaycanin-veziyyeti-daha-yaxindir
Oxunma sayı: 659

“Qafaqazinfo”nun məlumatına görə, toplantıda Aqil Səmədbəyli ilk olaraq sessiyanın gündəliyini oxuyub və səsə qoyub. Gündəlik qəbul olunduqdan sonra Vidadi Mirkamal İctimai Palatanın ötən ay gördüyü işlərlə bağlı çıxışı edərək hesabat verib. O bildirib ki, ötən ay ərzində qurumun diqqəti daha çox “Demokratiyaya yumşaq keçidin yol xəritəsi”nə yönəlib: “Bununla əlaqədar olaraq Koordinasiya Şurasının bir neçə növbədənkənar iclası keçrilib və layihə hazırlanıb”.

V. Mirkamal onu da vurğulayıb ki, eyni zamanda ötən ay məhkəmələr də İP-in diqqət mərkəzində olub.

O, mitinqlərlə bağlı məsləyə də toxunub və bildirib ki, biz məhkəmə olan hər günü mitiqn günü kimi elan etmişdik, amma buna nail ola bilmədik: “İctimai Palatanın 400-dən çox üzvü olsa da, məhkəmələrin qarşısı mitinq meydanına çevrilmədi. Məhkəmlərdə ən çox 100-ə yaxın adam toplaşdı ki, onlar da həs olunanların qohumları idi”.

Daha sonra Müsavt Partiyasının başqanı İsa Qəmbər çıxış edib. Çıxışında ərəb dünyasında baş verən proseslərə münasibət bildirən Müsavat başqanı bildirib ki, Suriyayla Azərbaycanın vəziyyəti digər ölkələrlə müqayisədə daha yaxındır. O vurğulayıb ki, digər ölkələrin də xalqları əzm göstərərsə proeselər orada davam edə bilər.

Müsavat başqanının çıxışından sonra sessiya iştirakçıları “Demokratiyaya yumşaq keçidin yol xəritəsi”ni müzakirə edib, təkliflərlə çıxış ediblər. Çıxışı zamanı Pənah Hüseyn layihənin qəbul olunduqdan sonra dövlət başçısı İlham Əliyevə təqdim edilməsini təklif edib.

Sonda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli layihə ilə bağlı fikirlərini səsləndirib və bildirib ki, əgər Azərbaycan hakimiyyəti ağlını itirməyibsə Azərbaycanı xilas etmək üçün “Demokratiyaya yumşaq keçidin yol xəritəsi”ndən istifadə etsin.

Müzakirələrdən sonra layihə səs qoyulub və sessiya iştirakçıları tərəfindən qəbul edilib.

Fatimə Kərimli