Şuşa və Ağdamın turizm potensialı araşdırılır

susa-ve-agdamin-turizm-potensiali-arasdirilir
Oxunma sayı: 932

Söz Azadlığını Müdafiə Fondu (SAMF) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində SAMF-ın əməkdaşları tərəfindən işğal altında qalan mövcud turizm obyektlərinin siyahısı dəqiqləşdirilmiş, habelə turizmin bölgəyə verdiyi illik gəlirlər haqqında məlumatlar toplanaraq və bölgədəki turizm imkanlarını araşdırılmışdır. Hazırda adıçəkilən rayonlar üzrə dəymiş ziyanın məbləğı dəqiqiləşdirilir.
SAMF bu layihə vasitəsilə bütün dünya ictimaiyyətinin diqqətinə regionun həmdə turizm mərkəzi olduğunu isbatlayan faktlar və rəqəmləri çatdırmaq niyyətindədir.
Qarabağın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində bütün sahələrlə yanaşı regionun turizm iqtisadiyyatına ciddi ziyan dəymişdir. Hələ sovet dövründən fəaliyyətdə olan kurort və istirahət mərkəzləri insanların marağını cəlb etməklə yanaşı, müalicəvi xarakterinə görə də məşhurlaşmışdı.
Qarabagın əsas turizm potensialı Şuşa və Ağdamda çəmlənsədə regionunun bütün bölgələri müalicə və istirahət üçün yararlı idi. Sovet dönəmində Şuşada ötən əsrin 30-cu illərindən başlayaraq və 80-ci illərdə isə Ağdamda turizmin potensialı inkişaf etdirilmişdi. Xatırladaq ki, Şuşa şəhərində ilk istirahət evi 1936-ci ildə istifaədə verilmişdi. Şuşa şəhərində 1316 yerlik Şuşa Sanatoriya Kurort birliyi (540 yerlik ana və uşaq sanatoriyası, 460 yerlik böyüklər üçün sanatoriya və 316 yerlik istirahətr evi ), 130 yerlik “Şəfa” turist bazası və Agdam rayonunun Gülablı kəndində 100 yerlik, Şelli kəndində 50 yerlik, Şahbulaqda isə 40 yerlik müalicə istirahət mərkəzləri fəaliyyət göstərmişdir. Şuşa Sanatoriya- Kurort Birliyinin balansına aid 2 və 3 mərtəbəli 17 bina daxil idi. Hazırda Birlik “Kurort” Səhmdar Cəmiyyətinin balansındadır.
Əlavə olaraq qeyd edilməlidir ki, 80-ci illərdə Şuşada daha 200 nəfərlik, Agdamda 255 nəfərlik sanatoriya binasının inşası münaqişə başlandığından istifadəyə verilməmiş qaldı.
Şuşa Sanatoriya Kurort birliyinin balansında işçilər üçün nəzərdə tutulmuş 28 yerlik yaşayış komklesidə var idi.
Bütün bunlarla yanaşı şəhərdə məktəblilər üçün nəzərdə tutulmuş istirahət düşərgələri də fəaliyyətdə idi. Onun ikisi 500 və 300 yerlik respublika səviyyəsində, digəri isə vilayət məktəblilərinə xidmət göstərirdi.
Agdamın Gülablı kəndində ilk 100 yerlik sanatoriyanın inşa edilərək 1983-cü ilin fevral ayında istifadəyə verildi. Bundan əvvəl isə ərazidə 14 kottec və 4 qırğız çadırı quraşdırılmışdı. İlboyu işləməsi nəzərdə tutulan sanatoriyada həmdə müalicə korpusu fəaliyyət göstərirdi. Sanatoriyanın nəzdində yardımçı təsərrüfatların yaradılması istirahətə gələnlərə yüksək keyfiyyətli ərzaq məhsullarının təqdim edilməsinə, həm də əlavə gəlir əldə etməyə şərait yaratmışdı. Müəssisəyə təqdim edilmiş 5 Qarabağ atının köməyi ilə turistlərın gəzintiyə aparılmasıda maraq doğuran faktlardandır. Yeri gəlmişkən qeyd edək ki, turistlərə atla gəzinti Şahbulaq turist bazasında təklif olunurdu. 40 nəfər turist üçün nəzərdə tutlmuş Şahbulaq turizm bazası isə 1988-ci ildə istifadəyə verilmişdi.
Gülablı sanatoriyası hazırda Azərbaycan Kollektiv Təsərrüfatlarası İstirahət mərkəzləri birliyinin balansındadır.
Fond layihənin icrasını davam etdirir və əldə etdiyi nəticələri ictimai müazakirəyə çıxarmaq niyyətindədir.