Tale Heydərov “Qəbələ”yə məşqçi tapdı

tale-heyderov-qebeleye-mesqci-tapdi
Oxunma sayı: 662

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu vəzifəni Fatih Kavlak icra edəcək. Köməkçi məşqçi postunu isə əvvəlki kimi Qari Stivens tutacaq.

Qeyd edək ki, Toni Adams ailə problemlərini əsas gətirərək “Qəbələ” klubundan ayrılıb.

Klub prezidenti Tale Heydərov ingiltərəli mütəxəssisin gedişinə belə münasibət bildirib: “Toni Adamsa qısa zaman ərzində gördüyü böyük işlərə görə təşəkkürümü bildirirəm. Onun köməkliyi və böyük futbol təcrübəsi sayəsində “Qəbələ” futbol klubu irəliyə doğru böyük bir addım atdı. Ümid edirəm ki, bizim münasibətlərimiz uzun müddət davam edəcək”.