Tanınmış şairin evi qarət edildi

taninmis-sairin-evi-qaret-edildi
Oxunma sayı: 656

Şairin sözlərinə görə, hadisə onun evdə olmadığı vaxt törədilib. Avqustun 19-da evə qayıdan zaman qapının və pəncərənin dəmir barmaqlıqlarının sındırıldığının şahidi olub. Oğrular evdən 5000 manat məbləğində pulla yanaşı, şairin içərisində dissertasiya işi, elmi məqalələri, mühazirə mətnləri və kitabının əlyazmaları olan kompüteri aparıblar.

Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə məlumat verilib. Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq (177) maddəsi ilə cinayət işi başlanıb.