Təbrizdə futbol yarışı qarşıdurma ilə bitdi

tebrizde-futbol-yarisi-qarsidurma-ile-bitdi
Oxunma sayı: 645

2 - 0 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşan oyun bitdikdən sonra “Traxtur”un superliqada ikinci yerə qalxması Təbriz əhalisini coşdurub. Həmvətənlərimiz şənlik etmək üçün xiyabanlara toplaşıblar.

Şənlik mərasimi Təbrizin mərkəzi xiyabanlarının bir neçəsində olub. DAK-ın yaydığı məlumata görə, təhlükəsizlik qüvvələri dinc şəkildə şənlik edən “Traxtur” tərəfdarlarına hücum edib və nəticədə bir neçə soydaşımız xəsarət alıb. Həmçinin Elgölü parkında şənlik edən soydaşlarımızın bir neçəsi təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Lakin tutulan soydaşlarımızın kimliyi haqda hələlik heç bir məlumat yoxdur. Son məlumata görə, İsfahanda da “Sepahan” takımı tərəfdarlarına qarşı analoji vəziyyət yaşanıb.

Yeri gəlmişkən, azarkeşlərin dinc yürüşünə imkan verməyən İran rejimi mayın 8-də Təbrizdəki Azərbaycan konsulluğu qarşısında rəsmi Bakı əleyhinə aksiya təşkil etmişdi.

musavat.com