Tehran Universitetetinin professoru öldürüldü

tehran-universitetetinin-professoru-olduruldu
Oxunma sayı: 662

“Qafqazinfo”nun “Fars” agetliyinə istinadən xəbərinə görə, nüvə sahəsi üzrə mütəxəssis Mustafa Əhmədi Roşən avtomobilinin yanındakı motosikletdə quraşdırılmış bombanın partlaması nəticəsində həlak olub.

Terror aktı nəticəsində hadisə yerinin yaxınlığında olan iki yerli sakin də zərər çəkib. Bu məlumatı Tehranım qubernatoru Səfər Əli Bratlu təsdiq edib.

“Fars” agentliyi qeyd edir ki, Tehran qubernaoru baş vermiş terror aktına görə israili ittiham edib. Səfər Əli Bratlu hesab edir ki, İsrail silahlı konflikt yaratmaqla İranda 2012-ci ilin martında keçirilməsi nəzərdə tutulmuş parlament seçkilərini pozmaq istəyir.

“Röyter” isə şahid ifadələrinə istinadən xəbər verir ki, hadisədə iki nəfər ölüb.

32 yaşlı Əhmədi Roşən Natanzda uranın zənginləşdirilməsi üzrə zavodda nüvə mərkəzindəki bölməylə rəhbərlik edirdi.