Təşkilat sədrinin maşınından silah çıxdı

teskilat-sedrinin-masinindan-silah-cixdi
Oxunma sayı: 774

Artıq Arif Qəniyevin hansı maddələr üzrə ittiham olunması məlum olub. Dövlət tərəfindən təyin olunmuş vəkil İlyasova Gülarənin həbs olunan şəxsin ailəsinə verdiyi məlumata görə, Arif Qəniyev silah və narkotik saxlamaqda ittiham olunur. Vəkilin dediklərinə görə, Arif Qəniyevin maşınından silah və müəyyən miqdarda narkotik tapılıb.

Həmçinin vəkil bildirib ki, Arif Qəniyev ona qarşı atılan ittihamları rədd edib. Bu barədə redaksiyamıza Arif Qəniyevin yaxlnları məlumat verib. Hadisə ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilmir. Qeyd edək ki, Arif Qəniyevin ailəsi məsələ ilə əlaqədar Anar Qasımovu vəkil tutublar. /Faktxeber.com/