Texnikabankdan mətbuata - açıqlama

texnikabankdan-metbuata-aciqlama
Oxunma sayı: 659

Eyni zamanda bank uğurlu kredit siyasətini davam etdirmiş və kredit portfelini 20,8% artıraraq 456,9 mln. manata çatdırmışdır”. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Texnikabank ASC-nin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur. Məlumatda daha sonra bildirilir ki, əmanətlərin artım tendensiyasına müvafiq olaraq 2012-ci ilin ilk iki ayı ərzində də dinamik inkişaf müşahidə olunmuşdur. Beləki, depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,2% artaraq 247,6 mln. manatdan 327,4 mln. manata çatmışdır.

2012-ci ilin bank üçün ən əhəmiyyətli nəticələrindən biri də bankın məcmu kapitalının hesabat dövrünün sonuna 50,42% artımı olmuş və bankın məcmu kapitalı 99,8 mln. manata çatdırılmışdır. Nizamnamə kapitalında isə 20,6% artım müşahidə olunmuş və 64,8 mln. manat həddində olmuşdur.

Ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə bankin emissiya edilmiş plastik kartlarının sayı 34,5% artaraq 66 673 ədəd, bankomatlarının sayı 71 % artaraq 106 ədəd təşkil etmiş, POS-terminalların sayı isə 32 dəfə artmış və nəticədə ötən il 602 ədəd olduğu halda, hesabat dövrünün sonuna bu göstərici 3364 ədədə çatdırılmışdır.

Xatırladaq ki, əsas göstəricilərə görə ilk beşlikdə qərarlaşmış Texnikabank ASC 1993-cü ildə təsis olunmuş və hal-hazırda ölkənin bank sektorunda sistem əhəmiyyətli banka çevrilmişdir. Geniş filial şəbəkəsinə malik olan bankın Bakı şəhəri və regionlarda yerləşən 35 filial, 17 şöbəsi və ölkə hüdudlarından kənarda, Türkiyənin İstanbul şəhərində nümayəndəliyi istifadəyə verilmişdir. Hal-hazırda Texnikabank özünün 770 işçidən ibarət personalı ilə müştərilərinə bütün növ bank xidmətləri göstərir.