“Qafqazinfo”nun xəbərinə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə açıqlamasında deyib. M.Pənahovun sözlərinə görə, dəmiryolu nəqliyyatından müntəzəm istifadə edən vətəndaşlar üçün elə tariflər müəyyənləşdiriləcək ki, qiymətlər münasib və sərfəli olsun.
Nazir müavini, həmçinin vurğulayıb ki, bu ilin oktyabrında ilk işçi qatar Türkiyə ilə sərhədə qədər gedəcək. 2015-ci ildə isə üç ölkə arasında xətlər birləşdiriləcək və qatarlar müntəzəm hərəkətə başlayacaq.
Son xəbərlər
Son Xəbərlər