Türk futbolçuları terrora qarşı birləşdi

turk-futbolculari-terrora-qarsi-birlesdi
Oxunma sayı: 632

“Qafqazinfo”nun Türkiyə saytlarına istinadən verdiyi xəbərə görə, Türkiyə Futbol Federasiyasını rəsmi saytında “Kədərimiz böyükdür” başlığı altında yayımlana mesajda şəhidlərə Allahdan rəhmət dilənib və türk xalqına başsağlığı verilib.

Qalatasaray klubunun internet saytının açılış səhifəsində isə “Xain hücumları nifrətlə qınayırıq” ifadələri yer alıb.

Beşiktaş klubunun saytında isə “Xain terror hücumunu lənətləyirik” başlığı ilə terror pislənib.

Fənərbaxça klubu “Xain hücumu lənətləyirik” mesajı ilə terror hücumunu kədərlə öyrəndiklərini bildiriblər.

Trabzonspor klubu isə “Lənətləyirik” başlığı ilə yayımladıqları açıqlamada isə bu terroru son illərin ən böyük hücumu kimi dəyərləndirib.

Bursaspor klubu da reaksiya verməkdə gecikməyib. “Lənətləyirik” başlıqlı açıqlamasında klub terror təşkilatı tərəfindən həyata keçirilən hücumu nifrətlə qınadıqlarını ifadə ediblər.