Türk şeyx çeçenlərin lideri oldu

<b>Türk şeyx çeçenlərin lideri oldu</b>
Oxunma sayı: 311

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Əbdülsəlam Moskvada təşkil olunan partlayışların təşkilatçısı İbrahimxəlil Daudovun öldürülməsindən sonra varis təyin olunub. Daudov Dağıstanda həyata keçirilən bütün terror aktlarına nəzarət edirdi. Onun savadlı olmasa da, müdrikliyi və insanları yaxşı tanımaq bacarığı sayəsində əmir olduğu deyilir.

Hazırda isə öldürülən Daudovun yerini Rusiyada olan sonuncu əcnəbi muzdlu döyüşçü, türk millətindən olan Əbdülsəlam tutacaq. O, Türkiyənin terror bazalarında təlim keçdikdən sonra 5 il əvvəl Rusiyada döyüşlərə qatılıb.

Dağıstanın xüsusi xidmət orqanlarının əməkdaşı Türkiyənin muzdlu döyüşçülərin Liviya və Suriyada ərəb inqilabları üçün hazırlıq zonasına çevrildiyini deyib. O, Əbdülsəlamın əmir postuna ən real namizəd olduğunu da qeyd edib. Xüsusi xidmət orqanlarını əməkdaşı döyüşçülərin yeni əmirə sədaqət andı içəcəkləri yer barədə informasiya da əldə etdikləri vurğulayıb. Silahdaşları Əbdülsəlimin qəddarlıq və fanatizmdə sələfindən geri qalmadığını deyirlər.

Səidə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi