Türkiyə bu gecə silkələnəcək

turkiye-bu-gece-silkelenecek
Oxunma sayı: 638

"Qalatasaray"a çempionluğunu təmin etmək üçün heç-heçə də qane edir. Önəmli matç öncəsi "Fənərbaxça"nın iki əsas oyunçusu zədəlidir. Kapitan Aleks və Gökhan Gönül matç öncəsi məşqlərini komandadan ayrı keçiriblər. Onların vəziyyəti isə son hazırlıqlardan sonra bəlli olacaq. Müalicəsi hələ başa çatmayan Moussa Sou və komandaya yeni qoşulan Sezer Öztürk maçta forma geyinə bilməyəcək.

Bu matçda "Qalatasaray"ın baş məşqqçisi Fatih Terim də komandasının başında olacaq. 3 matçlıq cəza alan məşqçinin 2 matçlıq cəzası 1 il təxirə salınıb.