Türkiyə Qarabağ münaqişəsinin həllinə zərər verir

turkiye-qarabag-munaqisesinin-helline-zerer-verir
Oxunma sayı: 641

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu gün ATƏT-in fəaliyyəti olan sədri ilə İrəvanda keçirilən birgə mətbuat konfransında çıxış edən Nalbandyan iyunun 8-də Trabzonda Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə Davudoğlunun çıxışına münasibət bildirərkən deyib: “Təmas xəttindən snayperlərin çıxarılması, həmçinin insidentlərin araşdırılması mexanizminin hazırlanması təkliflərini rədd edən Azərbaycan öz əsgərlərinin ölümünün məsuliyyətini başqalarının üzərinə atmaq istəyir. Türkiyə tərəfi isə özünü elə göstərir ki, guya bilmir ki, kimə görə Dağlıq Qarabağ münaqişəsinin baza prinsipləri ətrafında nizama salınmasında razılığa gəlməklə bağlı danışıqları başa çatdırmaq mümkün olmadı. 20 il əvvəl Ermənistan Türkiyənin ATƏT Mİnsk qrupuna üzvlüyünə qarşı çıxmayanda bəzi ölkələr gözləyirdi ki, Türkiyə Qarabağ münaqişəsinin nizama salınmasına yardım edərək obyektiv siyasət aparacaq. Lakin zaman göstərdi ki, Türkiyə nəinki neytral mövqe tutmur, hətta münaqişənin nizamlanmasına zərər verir”.