Türkiyə səfirliyi Azərbaycanın müxalifət partiyasının sədri ilə bağlı bəyanat yaydı - Mətn

<b>Türkiyə səfirliyi Azərbaycanın müxalifət partiyasının sədri ilə bağlı bəyanat yaydı - <font color=red>Mətn </b></font>
Oxunma sayı: 372

“Son zamanlarda bir müxalifət partiyası sədrinin Türkiyəni hədəf alan təşəbbüsləri və açıqlamaları, və bu çərçivədə bəzi mətbuatyayım orqanlarında yer alan xəbərləri şərhləri təəssüf hissi ilə izləyirik. Bütün bunları, yersiz, ciddiyyətdən və səmimiyyətdən uzaq və ictimai rəyi yanlış yönləndirmə məqsədinə xidmət etdiyini hesab edirik. Millətimizin xeyrinə olmayan bir məsələdə polemikaya girmək istəmirik”. Bu bəyanatla Türkiyənin Azərbaycandakı Səfirliyi çıxış edib. Səfirlikdən “Qafqazinfo”ya daxil olan açıqlama deyilir ki, iki ölkənin liderləri, qardaşlıq və dostluq anlayışı və ruhuyla gündəmdəki bütün mövzuları və məsələləri açıq və səmimi şəkildə müzakirə edirlər. Hansısa məsələlərin mətbuat vasitəsi ilə gündəmə gətirilməsi və müzakirə olunması dövlət ənənəmizdə mövcud deyil. Hələ qardaş və dost ölkələrin aralarında yarana biləcək məsələlərin mətbuat vasitəsi ilə gündəmə gətirilməsi Xalqlarımızı narahat edir və üzür: “Qardaş Azərbaycandakı Millət vəkillərinə Türkiyənin Millət vəkilləri kimi baxırıq. Onları tanıyır və siyasi həyatlarını bilirik. Millətimizə səmimi olaraq xidmət edən, iki ölkə arasındakı münasibətlərin inkişafına və iki ölkə xalqları arasındakı qardaşlıq və həmrəylik bağlarının güclənməsinə öz töhfəsini verən məsuliyyət sahibi Millət vəkillərinə təşəkkürümüzü bildiririk.

Türkiyə, Azərbaycan yenidən müstəqillik əldə etdiyi gündən indiyə qədər Azərbaycanın inkişafı, güclənməsi üçün əlindən gələni əsirgəməmiş, problemlərini öz problemləri hesab etmiş, bunların həlli üçün hər platformada yanında olmuşdur.

Məsələləri qarışdıraraq və öz nöqteyi-nəzərindən yorumlayaraq, Türkiyədəki qardaş Xalqın PKK terrorundan çəkdiyi acıların diqqətə alınmamasını və buna laqeyd münasibət göstərilməsini qınayırıq.

Billindiyi kimi, Türkiyənin Ermənistan ilə diplomatik münasibətləri yoxdur. İki ölkə arasındakı sərhəd qapısı 18 ildir qapalıdır. Bu səbəbdən Türkiyənin bu ölkə ilə rəsmi ticarət əlaqələri mövcud deyil.

Türkiyənin 18 ildir yeritdiyi Dağlıq Qarabağ Siyasəti və Liderlərimizin Türk və beynəlxalq ictimaiyyəti üçün verdiyi açıqlamalar ortadadır. Ən son Cənab Baş Nazirimizin keçən ay Azərbaycana etdiyi səfərdə Bakıda verdiyi açıqlamalar hafizələrdən silinməyib.

İki ölkə arasındakı qardaşlıq, dostluq və həmrəylik münasibətlərinə zidd olan bu cür təşəbbüslər, açıqlamalar və yayımlar şərhlər, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin “Bir Millət İki Dövlət” kəlamına uyğun gəlmir.

Türk Hökümətləri və Xalqı, Ulu Öndər Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamına əsaslanaraq hərəkət edir” .

Maraqlıdır ki, verilən bəyanatda söhbətin hansı müxalifət partiyasının rəhbərindən getdiyi açıqlanmır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi