Türkiyədə erməni monastırı tikilir

turkiyede-ermeni-monastiri-tikilir
Oxunma sayı: 661

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu qərar akademiyada yeni xəstəxananın tikintisi ilə bağlı qərardan sonra qəbul edilib. Belə ki, ermənilərin müqəddəs hesab etdikləri və 252 il əvvəl inşa edilən Vank monastrı Amsterdamdakı “Rijksmuseum” olan “Ankara” tablosunda göründüyü kimi yenidən inşa ediləcək. Xəstəxananın inşası TOKi-yə(Toplu Evlər İdarəsi Nazirliyi) tapşırılsa da Mədəniyyət və Turizm Nazirliyi erməni monastrının tikintisi qarşılığında buna icazə verdiyini bildirib. Həmin ərazidə monastra aid heç bir iz qalmasada belə sonda 1759-cu ildə ankaralı erməni camaatı tərəfindən inşa edilən monastrın yenidən bərpa edilməsi qərara alınıb.

Gülhanə Akademiyasında tikiləcək xəstəxananın memarı Mehmet Emin Çevik “Ankara” rəsmini və digər tarixi sənədləri araşdıraraq monastrın orijinala yaxın inşa ediləcəyini deyib.

Səidə