Türkiyənin çəkdiyi pornofilmin fragmanı yayıldı - Video

turkiyenin-cekdiyi-pornofilmin-fragmani-yayildi-video
Oxunma sayı: 1110

Hatice Aslan və Hakan Kurtaşın sevişmə səhnələri ilə diqqət çəkən “Vücut” filmi qışda ekranlara çıxacaq. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, rejissor Mustafa Nuri filmin insan vücudundan bəhs etdiyini bildirib: “Film vücudumuzla bağlıdır. Onu bəzən bəyənirik, bəzən korlayırıq, bəzən də ona tapınırıq. Bu mübarizəmiz həyatımız boyu davam edir”. Keçmiş porno film oyunçusu “Leyla” ilə pornolarda rol alaraq pul qazanmağa çalışan “İzzət”in sevgisindən bəhs edən film açıq-saçıq səhnələri ilə diqqət çəkir. Rejissor Mustafa Nuri film haqqında bunları deyib: “Bir heçlikdən gəlirik və həyatımızı bəzilərinə görə məbəd, bəzilərinə görə isə zindan bir şeyin içində keçiririk. Bəyənirik, bəyənmirik, ona tapınırıq, dəyişdirməyə çalışırıq, korlayırıq, heç sayırıq. Bu vəziyyət ömrümüzün sonuna kimi bir mübarizəyə çevrilir. Filmin təməlində də yaşadığımız bu xaos var...”

V_cut_Filmi_Fragman.flv