Bu 2 ölkə hərbçilərini Polşa-Belarus sərhədinə göndərmək istəyir

bu-2-olke-herbcilerini-polsa-belarus-serhedine-gondermek-isteyir
Oxunma sayı: 1624

Macarıstan və Çexiya öz hərbçilərini Polşa-Belarus sərhədinə göndərmək niyyətindədirlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Polşanın milli müdafiə naziri Mariuş Blaşak açıqlayıb.

“Hazırda Macarıstan və Çexiya hərbi komponentləri ilə Polşa qüvvələrinə dəstək verilməsi barədə danışıqlar aparılır. Biz bu dəstəyi nə vaxt və hansı formada  alacağımızı müzakirə edirik”, - deyə Blaşak bildirib.

Bundan əvvəl verilən məlumatda isə qeyd olunurdu ki, Böyük Britaniya və Estoniya hərbi birləşmələri Belarusla sərhədin qorunmasına kömək etmək üçün artıq Polşaya gediblər.

Xatırladaq ki, minlərlə miqrant Avropa İttifaqı ölkələrinə getmək ümidi ilə Belarus və Polşa arasındakı sərhədə toplaşıblar.