Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin Çinin ölkənin cənub-qərb sahillərində təhdidkar fəaliyyətlərinə qarşı Fransa və ABŞ ilə genişmiqyaslı ortaq təlimlər keçirəcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Yaponiya müdafiə naziri Kişi Nobuo mətbuat konfransında açıqlama verib. O qeyd edib ki, ortaq təlimlərin 11-17 may tarixlərində ölkənin cənub-qərbində yerləşən Kyuşu adasında keçirilməsi planlaşdırılır.
“Uzaq adaların qorunması çərçivəsində Yaponiya, ABŞ və Fransa arasında əməkdaşlığı gücləndirərək quru özünü müdafiə qoşunlarının taktikasını və bacarıqlarını inkişaf etdirməyi hədəfləyirik”,- deyə Kişi Nabuo qeyd edib.
Nazirin sözlərinə görə, bu, üç ölkənin quru qoşunlarının birgə keçirdiyi ilk genişmiqyaslı təlim olacaq.
Son xəbərlər
Son Xəbərlər