Norveç, Albaniya və Çernoqoriya Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyaların müddətini artırıb.
“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
“Çernoqoriya və Albaniya kimi namizəd-ölkələr, Avropa Azad Ticarət Assosiasiyasının üzvü olan Norveç Avropa Şurasının qərarına qoşulub”, - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, Avropa Şurası Rusiya və Ukrayna vətəndaşları və fiziki şəxslərinə qarşı 6 ay müddətinə individual sanksiyalar tətbiq edib.
Son xəbərlər
Son Xəbərlər