“Bu addım dövlət büdcəsinin yükünü azaldar”

bu-addim-dovlet-budcesinin-yukunu-azaldar
Oxunma sayı: 1452

“Əhaliyə kommunal xidmətlər göstərən bir sıra şirkətlərin əlverişli şərtlərlə xarici investorlara ən azı 50 illik konsessiya müqaviləsi əsasında idarəetməyə verilməsi zərurətdir”.“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa 2020-ci ilin dövlət büdcəsinin müzakirəsində deyib. 

O bildirib ki, bu addım dövlət büdcəsinin yükünü azaldar: “Həmçinin, hökumətin bu şirkətlərin borcunu qaytarmaq riskini qaldırar. Daha çevik və modern xidmət üçün imkan yaradar. Bununla da vətəndaş və  dövlət qarşısında daha hesabatlı, şəffaf şirkətlərin meydana çıxmasına, iqtisadiyyatın liberallaşmasının sürətlənməsinə imkan yarana bilər”.

 Günel Türksoy