Birliyin mətbuat katibi Xəyal Rza “Qafqazinfo”ya açıqlamasında yazıçının istefa etməsinə etiraz etmədiklərini və hörmətlə yanaşdıqlarını bildirib:
“Bu gün müxtəlif xəbər saytlarında yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının “Azərbaycan yazıçıları XII qurultayının iştirakçılarına” adlı müraciəti işıqlandırılıb. Müraciətdə ən axırda deyilir ki, naməlum səbəblər üzündən XII qurultayın iştirakçıları sırasında deyil. Nəriman Əbdülrəhmanlının bu yalanına cavab olaraq bildiririk ki, nizamnaməyə uyğun olaraq Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin bütün üzvləri, o cümlədən Nəriman Əbdülrəhmanlı yazıçıların XII qurultayının nümayəndəsidirlər. Müraciətin yarıdan çoxunu özünütərifə həsr edən yazıçı daha sonra "Azərbaycan yazıçılarının doğma ocağı sayılan təşkilatdakı yarınma, dostbazlıq, yerlibazlıq, regionçuluq mühitinin dərin kök saldığını ürəkağrısı ilə müşahidə eləmişəm"-fikrini bildirir.
Nəriman Əbdülrəhmanlı özü də yaxşı bilir ki, bu ağ yalanı heç bir fakt ilə sübut edə bilməz. Açıqlamasının sonunu “buna görə də artıq AYB sıralarında qalmaq üçün mənəvi haqqım olmadığını dərk eləyir, təşkilatın üzvlüyündən çıxdığımı bildirirəm. Elə bilirəm ki, bununla onsuz da çoxsaylı olan Birliyə heç bir ziyan dəyməyəcək”-cümlələri ilə bitirən Nəriman Əbdülrəhmanın AYB sıralarında qalmağa mənəvi haqqının olmadığını dərk etməsinə hörmətlə yanaşır və bu istefaya etiraz etmirik”.
Könül
Son xəbərlər
Son Xəbərlər