“Bu, ailəmizi xilas etdi” - Bakıda doğulan rusiyalı qubernator

bu-ailemizi-xilas-etdi
Oxunma sayı: 3194

Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov “Vestnik Kavkaza” nəşrinin müxbiri ilə söhbətində Bakıda doğulmasından danışıb.

“Qafqazinfo”nun məlumatına görə, siyasətçi bildirib ki, onun valideynləri 1941-ci ildə Böyük Vətən Müharibəsinin ərəfəsində Bakıya gəliblər.

“Onlar uşaqları ilə bərabər Bakıya istirahətə, dənizdə çimməyə gəlmişdilər. Müharibə başladı və atamı cəbhəyə apardılar, anam isə özgə şəhərdə iki uşaq və iki çamodanla qaldı”, - siyasətçi deyib.

“Onda atamın dostları anama işə düzəlməkdə kömək etdilər və, ola bilər ki, məhz elə bu bizim ailəni xilas etdi. Atamız cəbhədən qayıtdıqdan sonra ona Bakıda xidmət etmək təklif olundu və o razılaşdı, axı anamız artıq şəhərdə həyat şəraitimizi qurmuşdu. Ona görə də mən Bakıda doğulmuşam”, - Beqlov izah edib.

Aleksandr Beqlov 1956-cı il mayın 19-da Bakıda anadan olub.