Bu aktyor “Kösem”dən gedir

bu-aktyor-kosemden-gedir
Oxunma sayı: 2401

Aktyor Kadir Doğulu “Muhteşem yüzyıl- Kösem”in 30-cu bölümündə serialı tərk edəcək.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mehmet Giray rolunu canlandıran aktyor yeni serialda tamaşaçı qarşısına keçəcək.

O, Gökçe Bahadırla birgə “Beyaz gece” serialında rol olacaq.

Xatırladaq ki, sözügedən serialın 26-cı bölümdə bitəcəyi barədə xəbər yayılmışdı.

Ancaq serialın yayımı davam edəcək, birinci sezon 30-cu bölümdə bitəcək. Yeni sezon isə 4-cü Muradın hakimiyyətə gəlməsi və Kösem Sultanın (Beren Saat) "Validə sultan" kimi güclənməsindən bəhs edəcək.