“Bu amansız terrordan hiddətlənirik” - İlham Əliyev

bu-amansiz-terrordan-hiddetlenirik-
Oxunma sayı: 2086

Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, prezident Lahor şəhərindəki parkda törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib: “Biz dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.