“Bu, Amerikaya ünvanlanmış bir xəbərdarlıq mesajıdır”

bu-amerikaya-unvanlanmis-bir-xeberdarliq-mesajidir
Oxunma sayı: 944


"Qafqazinfo" həmin açıqlamanı təqdim edir:

"Əlbəttə, Azərbaycana xarici dövlətin qoşununu dəvət etmək, hətta bu barədə düşünmək belə yolverilməzdir. Əslində, bu heç mümkün də deyil. Belə addım atmaq istəyənləri tarix və xalq heç vaxt bağışlamaz. Azərbaycan müstəqil, suveren dövlətdir. Nəinki Rusiyanın, ümumiyyətlə , heç bir başqa dövlətin hərbi bazası müstəqil ölkənin ərazisində yerləşdirilə bilməz. Rus qoşunlarının Azərbaycandan çıxarılmasına 1992-ci ildə Naxçıvandan start verilib. Naxçıvan Milli Məclisinin sədri Heydər Əliyevin başlatdığı ( çox təəssüf ki, bunu bəzən Əbülfəz Elçibəyin adıyla bağlamaq istəyirlər) bu tarixi prosesi Azərbaycan prezidenti İlham Əliyev Qəbələ RLS-i ləğv etməklə çox uğurla yekunlaşdırdı. Bu qürurverici tarixin üstündən necə xətt çəkmək olar? Belə olduğu təqdirdə hansı dəvətdən danışmaq olar? 

Mən əminəm ki, Qüdrət Həsənquliyevin fikirləri rus qoşunlarını Azərbaycana çağırmaq məqsədinə köklənməyib. Onun belə davranışı daha çox siyasi texnologiya xarakteri daşıyır. O, Qərb dairələrinə çatdırmaq istəyir ki, Qarabağ probleminin həllində qərbin ikili və çox zaman başa düşülməyən şübhəli mövqeyi, BMT qətnamələrinə məhəl qoyulmaması, qərbin Azərbaycan iqtidarına yerli- yersiz və əsassız təzyiqləri Azərbaycan cəmiyyətində bədbinlik hissi yaradır və bu da  əhvali- ruhiyyənin yaranması ilə , bu məzmunlu çağırışların səslənməsi ilə nəticələnə bilər. Bu müsahibə daha çox Qərbə, Amerikaya ünvanlanmış bir xəbərdarlıq mesajıdır. Çünki Azərbaycanın müstəqilliyinə yönələn təhdidlər Qərbin, Amerikanın bölgədəki strateji maraqlarına çox ciddi təhlükədir. Məncə, millət vəkili də elə bunları deməyə çalışıb. Başqa cür də ola bilməz. Birincisi, onun hansısa ordunu ölkəmizə dəvət etmək səlahiyyəti yoxdur. Digər tərəfdən onun dünyagörüşü, vətənpərvərliyi Azərbaycanın suverenliyi ilə bağlı yanlış qərarlar qəbul etməsinə hec vaxt imkan verməz. Ancaq burada bir məqam müzakirə predmeti ola bilər: partiya sədri fikirlərinin dəqiq və aydın anlaşılması ücün daha münasib bir forma seçə bilərdi".