Müəyyən qədər passiv görünən namizədliyə iddialı Səxavət Əlisoy “Qafqazinfo”ya açıqlamasında bildirib ki, təbliğat kampaniyasını fərqli metodla aparır: “Hazırda Bakıda deyiləm. Rəsmən namizədliyimi də irəli sürməmişəm. Dediyiniz aktivlik də o deyil ki, Müsavatçıları partiyaya yığıb görüş keçirəsən. Mən fərqli metodlarla kampaniya aparacağam. Hazırda da bir sıra məsləhətləşmə görüşləri aparıram. Qurultay nümayəndəsi olan dostlarımız mənə mesaj yazıb dəstəklədiklərini bildiriblər. Onlara demişəm ki, bu qərarlarını hələ açıqlamasınlar. Əslində namizədliyi iddialı olanlar öz komandalarında saydığı şəxslər məni dəstəkləyir. Mən bu formada kampaniya aparıram”.
S.Əlisoy potensial rəqibi Arif Hacılının “namizəd olacağamsa, başqan seçiləcəyimə əminəm” fikrinə münasibət bildirib: “Arif Hacılı hardan bilir ki, o başqan olacaq?! Buna iddia edirsə, onda saxtakarlığa iddia edir. Bəlkə də Arif Hacılı öngörücülüklə məşğuldur ya da komandasında ufoloqlar var. Onlarla məsləhətləşib belə deyir. Bu şəkildə iddia ortaya qoyursa, bu qurultayın şəffaflığın şübhə altına alır. Bu Arif Hacılıya yaraşan hərəkət deyil”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər