Macarıstanın “Wizz Air” aviaşirkəti İsrail və İordaniyaya uçuşları dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aviadaşıyıcının X hesabında bildirilib.
Buna səbəb Yaxın Şərqdə vəziyyətin gərginləşməsi olub. Uçuşlar avqustun 4-dək yerinə yetirilməyəcək.
Bundan başqa, KLM, “ITA Airways” və “Air India” aviaşirkətləri də İsrailə uçuşları dayandırıb.
Xatırladaq ki, daha əvvəl “Türk Hava Yolları” İrana uçuşları ləğv etmişdi.