Bu avtobus marşrutu da kartla işləyəcək

bu-avtobus-marsrutu-da-kartla-isleyecek
Oxunma sayı: 3869

Daha bir avtobus nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, fevralın 17-dən “20 Yanvar” metrostansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.