Bu avtobusdan Bakıya ilk dəfə gətirildi - Fotolar

bu-avtobusdan-bakiya-ilk-defe-getirildi
Oxunma sayı: 4321

Bakıya ilk elektrik mühərrikli avtobus gətirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) sədri Vüsal Kərimli sosial şəbəkə hesabında paylaşım edib.

“Dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin BYD şirkətindən test məqsədilə alınan 1 ədəd elektrik avtobusu 12 metrlikdir. 33 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 82 nəfərdir. Batareya gücü 383 kVts olan avtobus tam enerji dolumunda 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir”, - V.Kərimli qeyd edib.

Sədr qeyd edib ki, test müddətində elektirik avtobusunun Bakının mövcud relyefinə uyğunluğu yoxlanılaraq qiymətləndirilməsi aparılacaq: “Testin nəticələrinə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqi ilə bağlı təklif hazırlanaraq hökumətə təqdim ediləcək”.

Məlumat üçün qeyd edək ki, Avropada təmiz, alternativ yanacaqlı avtobusların geniş miqyaslı tətbiqini təşviq etmək üçün Təmiz Avtobus Bəyannaməsini (BUS2025) imzalanıb. Belə ki, dünya yollarında hərəkət edən avtobusların təqribən yarısı növbəti 5 il ərzində tamamilə elektrik avtobuslara keçidi planlaşdırılır.