“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, insan nəcisiylə hərəkət edən bu avtobuslar artıq davamlı səfərlərə başlayıb. “Bio- Bus” adlanan 41 nəfərlik bu nəqliyyat vasitələri pis qoxu verməməklə yanaşı, ölkə iqtisadiyyatına da böyük xeyir verir. Belə ki, avtobusların sadəcə nəcislə hərəkətə gəlməsi və üzərindəki maraqlı dizayn da görənləri heyrətə gətirir. Əslində avtobuslar kanalizasiyadan alınan qazla işləyir. Bu qazın tərkibi saflaşdırılıb zənginləşdirildikdən sonra təmiz yanacağa çevrilir.
Qeyd edək ki, bu texnologiyadan Norveçin paytaxtı Osloda da istifadə edilir.
Son xəbərlər
Son Xəbərlər