Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

bu-avtobuslarin-hereket-istiqameti-deyisdirilir
Oxunma sayı: 1699

Xəbər verdiyimiz kimi, paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri ilə əlaqədar olaraq bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq.

Bakı Nəqliyyat Agentliyindən (BNA) “Qafqazinfo”ya verilən məlumata görə, bu səbəbdən də həmin istiqamətdə 11 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdiriləcək.

“Azneft dairəsi istiqamətində 5, 6, 10, 18, 53, 65, 88, 125, 127, 205 və E1  nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların hərəkəti alternativ yollardan keçməklə təşkil ediləcək”, - rəsmi məlumatda qeyd olunub.