Bu avtobusların hərəkət sxemi dəyişdirilir

bu-avtobuslarin-hereket-sxemi-deyisdirilir
Oxunma sayı: 2046

Fevralın 5-də 4 marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Qeyd olunub ki, məhdudiyyət fevralın 5-i saat 09:00-dan 16:00-dək Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədardır.

Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 13, 38 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilərək Heydər Əliyev prospekti, əsas yoldan təşkil ediləcək.