Bu avtobusların sərnişinlərinin nəzərinə!

bu-avtobuslarin-sernisinlerinin-nezerine
Oxunma sayı: 3737

Bu gündən “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısındakı ərazidə aparılan təmir işləri ilə əlaqədar Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Dəyişikliyə əsasən, iyunun 20-dən 14 sayda avtobus marşrutunun dayanacaq məntəqələri dörd müxtəlif ərazidə təşkil edilir.