Bu avtobusun yolu dəyişdi

bu-avtobusun-yolu-deyisdi
Oxunma sayı: 788

123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi bu gündən  müvəqqəti olaraq dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, səbəb, Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.