Bu axşam Çempionlar Liqasının qalibi bilinəcək - Yenilənir

bu-axsam-cempionlar-liqasinin-qalibi-bilinecek
Oxunma sayı: 2341

Bu axşam futbol üzrə Çempionlar Liqasında final oyunu keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki,  İspaniyanın "Real" və İngiltərənin "Liverpul" klubları arasında baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matç Parisdə "Stade de Frans" stadionunda keçiriləcək.  

Qeyd edək ki, Madrid "Real"ı bu günə kimi 13, "Liverpul" isə 6 dəfə qitənin ən güclü klubu adını qazanıb.

Qeyd edək ki, bu komandalar 2018-ci ildə də ÇL-də final oynayıb. Qarşılaşma "Real"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.