Bu ayın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

Bu ayın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi
Oxunma sayı: 1596

İyun ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu haqda “Qafqazinfo”ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Beləliklə, iyun ayının sosial təminat növləri üzrə bütün sosial ödənişləri bu gün yekunlaşıb. İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, iyunun 14-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.