“Bu ayın sonuna kimi, o marşrutlar da yenilənəcək”

bu-ayin-sonuna-kimi-o-marsrutlar-da-yenilenecek
Oxunma sayı: 1010


Bu barədə “Qafqazinfo”ya Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin rəsmisi Vüqar İbrahimli məlumat verib. O qeyd edib ki, şəhərdaxili marşrutlarda  problem həll edilib: “Avtobusların bəziləri yeniləri ilə əvəz edilib, qalanları isə təmir edilib. Şəhərdənkənar hərəkət edən marşrutların yenilənməsi isə bu ayın sonuna kimi başa çatacaq”.

Qeyd edək ki, şəhərdənkənar hərəkət edən bir sıra avtobuslarda, o cümlədən 160, 100 nömrəli marşrutların içərisi bərbad haldadır.

Günel Türksoy