“Bu, Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək”

bu-azerbaycanin-regiondaki-rolunu-fundamental-sekilde-deyisecek
Oxunma sayı: 3005

“Regional sabitlik və əlaqələr Birləşmiş Ştatlar üçün prioritet məsələlərdir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb.

ABŞ lideri bildirib ki, onilliklərlə davam etmiş münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək: “Birləşmiş Ştatlar bu nəcib iddianı dəstəkləməyə hazırdır. Biz sülh və firavanlığın təmin edilməsinin əsas prinsiplər olaraq qəbul olunmasını gələcək nəsillərə borcluyuq”.