“Bu, belə davam etməyəcək” - Qənirə Paşayeva

bu-bele-davam-etmeyecek-
Oxunma sayı: 1939

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Əskişəhər bölgəsində Osmanqazi Universitetində Türk dünyasının ağrılı problemləri, Azərbaycan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ problemi ilə bağlı çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili haqsızlıq və ədalətsizliklərin daha da artdığı bir dünyada özümüzü qoruya bilmənin tək yolunun güclü olmaqdan, bu gücün isə birlik və bərabərlikdən keçdiyini qeyd edib. Q.Paşayeva Türk dünyası gənclərini birliyə, bərabərliyə, bir-birinə daha çox sahiblənmyə və işbirliyini daha da artırmağa çağırıb.

O, son günlər Türkiyədə terror hücümları, terror aksiyaları zamanı şəhid olan insanların ailələrinə və qardaş Türkiyəyə başsağlığı verərək terrora qarşı mübarizədə “qardaş Türkiyənin yanındayıq” deyib.

“Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”.