Bu bina Bakıda olacaq - Foto

bu-bina-bakida-olacaq-foto
Oxunma sayı: 789

Lent.az-ın məlumatına görə, yeni tikiləcək bina yüngül metal və şüşə konstruksiyalardan ibarət parlaq xarici görünüşə malik olacaq. Binanın hansı ərazidə tikiləcəyi hələlik məlum olmasa da, göydələnin bir sıra dövlət idarə və nazirliklərinin yerləşəcəyi Heydər Əliyev prospektində inşa olunacağı gözlənilir.

Lent.az-a daxil olan digər məlumata görə, bir müddət əvvəl Dövlət Miqrasiya Xidmətinin strukturunda bir sıra dəyişiklik edilib, xidmətin tərkibində təlim-tədris mərkəzi və s. yaradılıb. Bu səbəbdən də DMX-nin yaxın gələcəkdə daha geniş bina ilə təmin edilməsi zərurəti ortaya çıxıb.

Hazırda DMX Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Azadlıq prospektində yerləşən binada fəaliyyət göstərir.