Bu binanın tozu qaldı... - Fotolar

bu-binanin-tozu-qaldi-
Oxunma sayı: 5912

Abbas Mirzə Şərifzadənin evindən bircə piano qalmışdı, o da artıq parça-parça edilib...

Şərifzadələr nəslinin görkəmli nümayəndələrinin doğulub böyüdüyü tarixi binanın sökülməsi dünəndən bu yana sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri repressiya qurbanı olmuş aktyordan qalan yadigarın sökülməməsi gərəkdiyini bildirir.

Qafqazinfo”nun əməkdaşları da əməktar artist və ailəsinin yaşadığı ərazidə -Murtuza Muxtarov küçəsində olub. Gözümüz dünən ev dağıdılan zaman kənara qoyulmuş pianinonu axtarsa da, ondan da sadəcə parçalarının qaldığını gördük.

Binanın söküntüləri arasında bir nişan, qalıq bir şey tapmaq üçün çox gəzdik, ancaq sözün əsl mənasında ailənin yaşayışından hər hansı bir iz qalmayıb. Əsrdən çox yaşı olan üçmərtəbəli tarixi binanın yerində yalnız söküntüdən qalan daş-kəsək, taxta parçaları var.

Şəfizadələrin evi dəhşətli Şamaxı zəlzələsində dağıldığı üçün XX əsrin əvvəllərində Bakıya köçmüşdülər. Vaxtilə bu evdə sovet əsgərləri tərəfindən dəfələrlə ciddi axtarışlar aparılıb. Bir teatr qılıncı, iki teatr tapançası silahdan başqa heç nə tapılmayıb.

Hazırda əməkdar artistin xatirəsinə Bakının Yasamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsi, onlarla tamaşa, oynadığı və rejissoru olduğu filmlər qalıb...

Günel Hacı
Fotolar: Nuran Məmmədov