“Deloitte” audit şirkəti tərəfindən ölkəmizdə üçüncü dəfədir keçirilən “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsi yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, müsabiqədə “METAK” şirkəti üçüncü dəfə zirvədə yer alıb.
Şirkətin strateji uyumluluğu, insan kapitalının inkişafı, liderlik və maliyyə idarəetməsi sahələrində göstərdiyi mükəmməl performans yenidən yüksək qiymətləndirilib.
Bu mükafatı “METAK”ın ardıcıl olaraq üçüncü dəfə qazanması şirkətin idarəetmə bacarıqlarının və strateji yanaşmalarının mükəmməlliyini göstərir.
Nüfuzlu beynəlxalq münsiflər heyəti “METAK”ın biznes nəticələrini, korporativ sosial məsuliyyət strategiyalarını və dayanıqlı inkişafını yüksək qiymətləndirib.
“METAK” şirkəti 1993-cü ildən bəri 37 ölkədə keçirilən “Best Managed Companies” layihəsinin Azərbaycanda ardıcıl olaraq üçqat qalibi olaraq böyük bir uğura imza atıb. Bu, şirkətin idarəetmə sahəsindəki yenilikçi yanaşmalarının və strateji düşüncəsinin parlaq nümunəsidir.
“METAK”ın ardıcıl olaraq üçüncü dəfə qalib olması şirkətin idarəetmə bacarıqlarının və strateji düşüncəsinin beynəlxalq səviyyədə də təsdiqini göstərir.
Şirkət 27 illik fəaliyyəti dövründə “Made in Azerbijan” brendi altında böyük nailiyyətlər əldə etməsi üçün hər işinə bir məsuliyyət işi kimi yanaşıb.



Son xəbərlər
Son Xəbərlər