Bu bitkilərin nəsli kəsilmək üzrədir - Fotolar

Bu bitkilərin nəsli kəsilmək üzrədir
Oxunma sayı: 3822

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət qrup tərəfindən Şamaxı və Qobustan rayonları ərazisində, eyni zamanda Şahdağ Milli Parkı və Pirqulu Dövlət Təbiət Qoruğunda bitkilərin monitorinqi aparılıb.

"Qafqazinfo" xəbər verir ki, “Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı keçirilən çöl tədqiqat işləri zamanı Səhləbkimilər (Orchidaceae), Göyzəbankimilər (Boraginaceae), Soğankimilər (Alliaceae) və Zambaqkimilər (Liliaceae) fəsilələrinə aid olan bitkilərin nadir növləri tədqiq edilib. Həmin növlərin statuslarının qiymətləndirilməsi üçün fotoşəkilləri çəkilib, GPS koordinatları müəyyənləşdirilməklə digər vacib məlumatların qeydiyyatı aparılıb.

Aparılan tədqiqatlar nəticəsində nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növlərindən bəzilərinin fotoşəkillərini təqdim edirik.