“Bu, bizə atalarımızdan qalan mirasdır” - İlham Əliyev

“Bu, bizə atalarımızdan qalan mirasdır”
Oxunma sayı: 1916

“Bu gün də biz bir yerdəyik. Qarabağın bərpasında bir yerdə işləyirik. Bir çox Türkiyə şirkətləri, o cümlədən bu hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında deyib.

“Minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir. Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik.

Ölkələrimiz çox böyük sınaqlardan keçib. Keçən il Şuşa şəhərində birgə bəyannamə imzalanması əlaqələrimiz müttəfiqlik səviyyəsinə qaldırdı. Bu, bizə atalarımızdan qalan mirasdır, vəsiyyətdir və biz buna sadiqik”, - dövlət başçısı qeyd edib.