“Bu, bizi sevindirir” - Məzahir Pənahov

“Bu, bizi sevindirir”
Oxunma sayı: 866

“İnsanlar artıq cəmiyyətdə baş verən dəyişikliklərə biganə yanaşmırlar”.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. M. Pənahov bildirib ki, bu il parlament seçkilərində ötən ilkilərə nisbətdə şikayətlərin sayında azalma müaşhidə edilir:

"Elə şikayətlər var ki, istəsək də Seçki Məcəlləsinin tələbinə görə Komissiyanın iclasına çıxarıla bilməz. Hətta onlar da daxil olmaqla şikayətlərin sayı 40-ı keçmir. Ona görə də ötən seçkilərlə müqayisədə deyə bilərəm ki, şikayətlərin sayı müqayisəolunmaz dərəcədə azdır. Bu da bizi sevindirir”.

MSK sədri qeyd edib ki, bu il rekord sayda namizədin qeydə alınması insanların fəallığı ilə bağlıdır:

"Baş verən hadisələr, cəmiyyətdəki dəyişikliklərdən hiss olunur ki, ictimaiyyət tərəfindən yaxşı qarşılanır. Görünür ki, insanlar artıq cəmiyyətdə reallaşan dəyişikliklərə biganə yanaşmırlar. İctimaiyyət tərəfindən ölkədəki proseslərə qarşı fəallıq hiss olunur".

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi