“Bu, bizim dә başımıza gәlә bilәr”- - Qurban Qurbanov

bu-bizim-d-basimiza-gl-bilr-
Oxunma sayı: 1371


“Qafqazinfo” xəbər verir ki, o, matç haqqında fikirlərini bildirib:

- Oyun haqqında fikirlərinizi bildirərdiniz...

- Çətin oyun oldu. Futbolçularım əllərindən gələni etdilər. Rəhbərliyimizi, azarkeşlərimizi qələbəyə görə təbrik edirəm. Əziyyətimiz, zəhmətimiz yerdə qalmadı. 

- Çempion olduqdan sonra komandanı kubokun finalına kökləmək çətin olmadı ki?

- Narahatlıq var idi. Əsas odur ki, sonda nəticə ürəyimizcə oldu.

- 2:0-dan sonra qalib gəldiyinizi düşündünüzmü?

- Heç 3:1-dən sonra da qələbə qazandığımızı düşünmürdüm. Çünki oyunda hər şey ola bilər. 2:0-dan sonra gördünüz rəqib ani bir fürsət yaxalayıb qol vurdu. 

- Hardasa arxayınlıq hiss etdinizmi komandanızda?

- Hardasa ani olurdu. Amma özlərini tez yığışdırırdılar. 

- 19 il əvvəlki oyunun revanşını aldınızmı?

- Yox, elə deməzdim. Çünki 19 il əvvəl başqa oyun idi. Bilirsiz düşünmək olar ki, bu il “Neftçi” üçün uğursuz keçdi. Qarşıdakı illərdə bu uğursuzluq bizi də gözləyə bilər. Heç kim bundan sığortalanmayıb. Bu futboldur və onun silinməyəcək qanunları var. Ümid edirəm ki, “Neftçi” özünə gələcək.

- Çempionlar Liqasına hazırsız?

- Hələ ki, planlarımı hazırlamamışam. 

- Hansı futbolçularla yollar ayrılacaq?

- Hələ ki, bu barədə danışmaq üçün də tezdir. Yalnız Muarem Muarem sabah Türkiyəyə, “Əskişəhərspor”la müqavilə bağlamağa gedir. Muarem çox yaxşı insan, yaxşı futbolçu idi. Onun kimi peşəkar oyunçular az hallarda məşqçilərin əlinə düşür. 

- Leroy Corc da gedəcək?

- O, hələ bəlli deyil. 

- Coşqun Diniyev və Vüqar Mustafayevin transfer olunması Namiq Yusifovun komandadan gedəcəyi söz-söhbətlərinə yol açdı...

- Hər iki futbolçunu oyunlarına görə komandaya dəvət etmişik. Komandadan gedənlər olacaq. Hər bir futbolçu əsas heyətdə oynamaq istəyər. Namiqin getməsinə gəlincə isə, bu barədə fikirlərimi sonra bildirəcəm.

Elsevər